rotate to play

Həqiqəti və burnunuzu ölçün!

Oyunçu məlumatın etimadlılığını və müxtəlif təbliğat metodlarını dəyərləndirir. Bunun üçün oyunçu 4 alternativ cavabdan birini seçməlidir. Cavab səhv olduqda oyunçunun burnu Pinokio stilində uzanacaq. Cavab düzgün olduqda isə burun qısalacaq və mükəmməl formasını alacaq.
START OYUN
Haqqında
1/9

Həqiqəti və burnunuzu ölçün!

Dostum "Sabiq MI6 başçısı Rusiyanın Bölünməsi üzrə Strateji Planı ilə bağlı Putinə məğlub olduğunu qəbul etdi" başlıqlı ingiliscə olan məqaləni sosial mediada bölüşdü. Mən nə etməliyəm?
2/9

Həqiqəti və burnunuzu ölçün!

Müəlliməm “Ana Vətən” adlı qəzet məqaləsini Facebookda bölüşdü. İtaliyan nəşri İlgiomale.it əsaslanaraq “Ana Vətən” “Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə” körpələrin xaç suyuna salma mərasimlərinin 2016-cı ilin martından etibarən qadağan ediləcəyini yazdı.
Hər şeyə qadir Allah, mən nə etməliyəm?
3/9

Həqiqəti və burnunuzu ölçün!

Rus mətbuatı Rusiya Patriarxı Kirillə görüşün iki fotoşəkilini nəşr etdi. Aşağıdakı fotoşəkillərdən hansı orijinaldır və hansı manipulyasiya edilib?
4/9

Həqiqəti və burnunuzu ölçün!

Bu şəkillərdən hansı orijinaldır və hansı manipulyasiyadır?
5/9

Həqiqəti və burnunuzu ölçün!

Aşağıdakı hekayədə hansı təbliğat metodundan istifadə olunur?
Siyasətçi: "Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olmağı üçün homoseksuallığa ehtiyac duyulursa, əsrlər boyu yaşayan Gürcü xalqının öz adət və ənənələrini rədd etməyə dəyirmi?"
6/9

Həqiqəti və burnunuzu ölçün!

Rusiya telekanalının NTV-nin hekayəsindən çıxarışa baxın və RT müxbirinin sualında istifadə olunan təbliğat metodunu seçin: "Bu xəbərdarlıqların nəticəsində müxalifətin kimyəvi silah istifadə edib bunda Əsədi günahlandırmasından qorxmursunuzmu?"
7/9

Həqiqəti və burnunuzu ölçün!

8 Avqust 2018-ci ildə Rusiyanın "NTV" telekanalı aşağıda göstərilən fotoşəkili yayımladı. NTV-nin verdiyi məlumata görə, fotoşəkil Gürcü qüvvələri tərəfindən Tsxinvali əhalisinin bombardmanını göstərirdi. Aşağıdakı cavablardan fotoşəkildən çəkildiyi şəhər və seçildiyi tarixdən birini seçin:
8/9

Həqiqəti və burnunuzu ölçün!

Qondarma İslam Dövlətinin təbliğatını rus təbliğatından fərqləndirən bir xüsusiyyət seçin:
9/9

Həqiqəti və burnunuzu ölçün!

Siyahıda göstərilən xəbərlərdən hansı biri satirik nəşrlər tərəfindən icad edilmişdir:
9/9

Həqiqəti və burnunuzu ölçün!

Burununuzun forması mükəmməldir, yəni sizi aldatmaq mümkün deyildir.

9/9

Həqiqəti və burnunuzu ölçün!

Demək olar ki, burnunuz idealdır, amma tam olaraq mükəmməl olmaq üçün, 100% dəqiqlik ilə yanlış informasiyanı müəyyənləşdirməlisiniz.

9/9

Həqiqəti və burnunuzu ölçün!

Burun əməliyyatından qaçmaqdan ötrü həqiqəti yalandan fərqləndirmək üçün daha çox düşünməlisiniz.

9/9

Həqiqəti və burnunuzu ölçün!

Siz əsl Pinokiosunuz! Həqiqəti yalandan fərqləndirmək burun əməliyyatından daha yaxşı alternativdir.

1. Mən həmin məqaləni paylaşacam, bu etibarlıdır. O Britaniya nəşri The Guardian tərəfindən dərc olunub, ‘Komsomolskaya Pravda’ (Комсомольская правда) tərəfindən deyil, elə deyilmi?!
2. Bu məqaləni bölüşəcəyəm, çünki, adətən, ingilis dilli mənbələr Gürcüstan haqqında etibarlı hekayələr dərc etməyə meyillidirlər.
3. The Guardianın rəsmi veb-səhifəsini ziyarət edəcəm və dostum tərəfindən bölüşülən mənbənin orijinal olub olmadığını müqayisə edəcəm.
4. Başlıq inandırıcı səsləndiyinə görə mən məqaləni bölüşəcəm.
BBC Rusiya Xidməti tərəfindən bu məlumatın yoxlanılması materialın the Britaniya nəşri The Guardianı təqlid edən saxta veb sayt tərəfindən dərc olunduğunu aşkarladı. John Scarlettin müsahibəsinə görə bu tamamilə uydurulmuşdu. Bu xüsusi məqsəd üçün hazırlanan veb sayt The Guardian ilə oxşar olan vizuallar göstərərkən URL The Guardianın faktiki veb ünvanından sadəcə bir latın hərfi ilə fərqləndi “i” Bu, məlumatın əsas mənbəyinin gizlədildiyini və bir qərb media brendindən istifadə edərək bir mesajı ya da saxta xəbərləri legitimləşdirmək üçün və oxuculara həqiqi bir mənbə tərəfindən dərc edilmiş bir material kimi təqdim etmək üçün istifadə edilən yayındırıcı mənbə modeli adlanır.
1. Məqaləni bölüşəcəm, çünki, birinin yetkin həyatında xaç suyuna salma dini mərasimində iştirak etməsi və valideynlərin bu seçimə hörmət etməsi lazımdır.
2. "Vətən" mənbəyi bir İtalyan nəşridir. İtaliya Avropa Birliyi və Avropa Şurasının üzvüdür, belə ki, məlumat etibarlı olmalıdır.
3. "Qərbin ortodoks inanca qarşı mübarizə aparır" gündəminin bir hissəsidir.
4. Məqalədə AİHM-in əleyhinə qərar qəbul etdiyi ölkə göstərilməyib. Əsas qaynağı, yəni AİHM saytını yoxlayacağam.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), dövlətlərə qarşı fərdi müraciətlər əsasında işləri həll edir. Bu qərar AİHM məlumat bazasında siyahıya alınmır və media tərəfindən nəşr olunmuş informasiya AİHM-nin özü tərəfindən ləğv edilib.

İlkin informasiya mənbəyinin bir İtalyan nəşri olması onun etibarlılığının təminatı ola bilməz, çünki qüsurlu mənbə modeli əlavə olaraq veb-səhifələrin müvəqqəti məqsədlər üçün inkişaf etdirilməsini nəzərdə tutur. Xaç suyuna salmanın qadağan olunması ilə bağlı məlumatlar viruslu hala gəldiyi anda İtaliyan “ilkin qaynağı” məqaləni götürmüş və o, artıq mövcüd deyildir.
1. Soldakı orijinaldır, sağdakı - manipulyasiya edilib.
2. Sağdakı orijinaldır, soldakı - manipulyasiya edilir.
3. Hər iki şəkil manipulyasiya edilir.
4. Hər iki şəkil orijinaldır.
2009-cu ildə Rusiya Provaslav Kilsəsi Patriaxrı Kiril ilə Rusiyanın Ədliyyə nazirinin şəklini nəşr etdi. 2012-ci ildə bloqçular şəklin manipulyasiya edildiyini öyrəndilər: Patriarx Kirill heç bir saat taxmamışdır, halbuki masanın üstü saatı aydın şəkildə yansıdırdı. Orijinal şəkildə isə Patriarx Kirill İsveçrə brendi olan Breguetin 30 min $-lıq saatını taxır. Bloqçuların fotoşəkli ortaya çıxardıqdan sonra Rus Pravoslav Kilsəsi manipulyasiya üçün üzr istədi və orijinal fotoşəkili veb-səhifədə bərpa etdi.
1. Sağdakı orijinaldır, soldakı - manipulyasiya.
2. Soldakı orijinaldır, sağdakı - manipulyasiya edilir.
3. Hər iki fotoşəkil manipulyasiya edilir.
4. Hər ikisi də orijinaldır.
2 may 1945-ci il, fotoqraf Yevgeny Xaldei Reyxstaqda Sovet bayrağını yüksəldən əsgərlərlin şəklini çəkdi. Onun Moskvaya qayıdışından və şəkilləri diqqətlə müşahidədən sonra Sovet rəhbərliyi əsgərlərdən birinin mümkün ola biləcək qarətin bir nişanəsi olan hər iki biləyinə saat taxdığına fikir verdi. Xaldeiyə şəkili manipulyasiya edilməsi əmr edilmişdir: təkcə saat əsgərin biləyindən silinməmişdir, dramatik təsir üçün fotoqraf arxa fonun dumanını qaraltmışdır. Manipulyasiya olunmuş şəkil tezliklə Oqonyok jurnalında nəşr olundu və Sovet İttifaqının "Vətən müharibəsi" adlandırdığı mühariəbə qələbəsinin simvoluna çevrildi.
1. Reproduksiya.
2. Yanlış dilemma.
3. Reklam ürək bulantısı.
4. Kart yığma.
Yanlış dilemma və ya ağ-qaralı düşüncə yalnız iki seçim təqdim etmə və onlardan birini daha yaxşı seçim kimi təbliğ etmək yanaşmasıdır.
1. Mübaliğə və ümumiləşdirmə.
2. Whataboutism
3. Rəyi fakt kimi təqdim etmək.
4. Gündəmin tərtibatı.
Whataboutism, ittihamlara və ya kompleks məsələlərə cavab vermək əvəzinə qarşı ittihamlar yaradır və ya diqqəti fərqli bir məsələyə yönəldir, beləliklə diqqəti tənqid obyektindən yayındırmağa çalışır və / və ya bu obyektə qeyri-dəqiq müqayisələr və manipülativ əxlaqi diskursdan istifadə edərək haqq qazandırmaq texnikasıdır.
1. Tskhinvali, Avqust 10, 2008.
2. Gori, Avqust 9, 2008.
3. Donetsk, May 26, 2014.
4. Gori, August 7, 2018.
Verilən fotoşəkil 9 avqust 2008-ci ildə Qori şəhərində Reuters fotomüxbiri David Mdzinaraşvili tərəfindən çəkilmişdir.

Foto metaməlumatlar fotoşəklin yerini, tarixini, vaxtını, kameranın istiqamətini və digər detallarını yaratmağa imkan verir. Bir fotoşəklin metaməlumatlarına baxmaq üçün, Jeffrey's Image Metadata Viewer. istifadə edin. Yalnız orijinal fotoşəkilləri və rəqəmsal daşıyıcılarla çəkilənləri istifadə edin.
1. Qorxu aşılamaq və cəmiyyətdən qütbləşmək.
2. Sosial şəbəkələrdə cəlbetmə məqsədləri ilə yaşıdlar arası rabitə.
3. Dindən / məlumatdan silah kimi istifadə etmə.
4. Qərb zülmünə dair konspirasiya nəzəriyyələri.
Cəlbetmə məqsədi ilə İslam Dövləti adlanan qurum tərəfindən istifadə edilən təbliğat ənənəvi göndərən-qəbul edən ünsiyyət modelinin əvəzinə bərabərlər/yaşıdlar arası ünsiyyətə üstünlük verir. . Digər tərəfdən Rusiyanın və İslam Dövlətinin təbliğatı, informasiyadan və dindən silah kimi istifadə edilmısi,, qorxu yaymaq, cəmiyyətlərin qütbləşməsi və Qərbin zülmü ilə bağlı konspirasiyanın yayılması da daxil olmaqla bir çox ümumi xüsusiyyətlərə malikdir.
1. Vaşinqtonun muzey işçisi 2500 yaşı olan mumiyaya təcavüz etdi.
2. 1979-cu ildə Sahara səhrasına qar yağdı.
3. Sərxoş oğru Moskva yaxınlığındakı bir evi soyarkən yuxuladı.
4. Rus əsgərləri uçan kilsə ixtira edib, paraşütçü rahiblər əsgərlərin ruhlarını qaldırmağa kömək edəcək.
Propaqandaçı platformalar tez-tez satirik nəşrlər vasitəsilə hekayələri real xəbərlər kimi ötürürlər. Mumiyaya təcavüz haqqında məlumat ilkin olaraq satirik nəşr olan Dünya Xəbərləri İnternet Hesabatı tərəfindən nəşr olundu. Missiya bəyanatına görə, bütün qəhrəmanları - real insanlara söykənənlər belə - uydurmadır. Gürcüstan mediası bu hekayəni real xəbər kimi nəşr etdi. Geworld-in fotoşəkil manipulyasiyası və mumiyanı təcavüz etmək haqqında yanlış informasiya haqqında ətraflı məlumat: https://bit.ly/2Pp88wL

Real hekayələr:

1. 1979-cu ildə Sahara səhrasına qar düşdü: https://bit.ly/2PGkAHL
2. Sərxoş oğru Moskva yaxınlığındakı bir evi soyarkən yuxuladı: https://bit.ly/2DrRshE
3. Rus əsgərləri uçan bir kilsə ixtira etdi: https://bit.ly/2STecvd
Həqiqəti və burnunuzu ölçün! Oyun ForSet ilə əməkdaşlıqla Media Development Foundation (MDF) tərəfindən yaradılıb.

Oyun yaradılıb:

Konsepsiya və sualların müəllifi: Tamar Kintsurashvili, Sophp Geleva
Dizayner: Anano Sharashenidze
Veb tərtibatçısı: David Savaneli, Giorgi Mosashvili
İllüstrator: Maiko Khutiashvili
Oyun Məsul Media İstehlakı üçün Media Savadlılıq Gənclər Laboratoriyasının layihəsi çərçivəsində Birləşmiş Dövlətlərin Gürcüstandakı səfirliyinin dəstəyi ilə yaradılıb.